Putin nə vaxt Bakıya gəlir?

SİYASƏT
00:07 12.08.2013
2107

Rusiya prezidentiVladimir PutininBakıya gələn həftənin əvvəlində gələcəyi gözlənir. Səfər gələn həftənin çərşənbə günü- avqustun 14-dək baş tutacaq.

Rusiya Prezidentinin mətbuat katibiDmitriy Peskov«Vestnik Kafkaza»saytının müxbiri Fuad Səfərova belə deyib.

Bu, Putinin Azərbaycana prezident kimi 4-cü səfəri olacaq. Sonuncu dəfə o, Bakıda 2007-ci ildə olub, Azərbaycanda Rusiya ilinin açılışına qatılıb.

Səfər zamanı Putinin Azərbaycana Avrasiya İttifaqına daxil olmaq təklifi edəcəyi gözlənir. Bundan başqa Rusiyadan 1 milyard 600 milyon dollarlıq silah alınması məsələsi də müzakirə olunacaq.

Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov bir neçə gün «Nezavisimaya qazeta»ya müsahibəsində deyib ki, Azərbaycan və Rusiya rəhbərlərinin görüşləri təkcə iki ölkənin münasibətləri üçün deyil, həm də regionda həmişə mühüm hadisə olub.

«Əminəm ki, bu görüş də istisna olmayacaq – hər iki ölkənin iradəsi və arzusu və yaxşı potensial var»,o, sözlərinə əlavə edib. (azadlıq radiosu)

OXŞAR XƏBƏRLƏR