ABŞ Prezidenti Donald Tramp bildirib ki, o olmasa, Rusiyanın başına çox pis şeylər gələ bilərdi.
"Qafqazinfo” xəbər verir ki, Tramp bu haqda "Truth Social” sosial şəbəkəsində yazıb.
"Vladimir Putinin başa düşmədiyi odur ki, mən olmasaydım, indiyə qədər Rusiyanın başına çox pis şeylər gələrdi. Mən çox pis şeyləri nəzərdə tuturam. O, odla oynayır!”, - ABŞ rəhbəri qeyd edib.