Putin 1990-cı illərdə aksiyon filmləri ilə tanınan, Uzaq Şərq idman növləri ustası Seagala Rusiya vətəndaşlığı verən fərmanı imzalayıb.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, Seagal dünyanın ən böyük liderlərindən biri adlandırdığı Putinlə yaxın dostdur.
Putinin köməkçisi Segalın Rusiyaya bəslədiyi sevgisi və tanınmış bir aktyor olduğu üçün rus vətəndaşlığı verildiyini bildirib.
Eyni zamanda onun 2014-cü ildə Rusiyanın Krımı ilhaq etməsi ilə bağlı şərhi "çox məqbul bir hərəkət" olmuşdu. Həmçinin gitara çalan Seagal həmin il Krımda bir konsert vermişdi. Putinin üç il əvvəl də Seagalın Rusiyanın Kaliforniya və Arizona fəxri konsulu olmasını təklif edib. Nənəsi Rusiyanın uzaq şərqindəki Vladivostokdan olan Seagal, son illərdə Rusiya tez-tez səfər etmiş, səfərlərinin biri zamanı ilin bir neçə ayını ölkədə keçirmək istədiyini söyləmişdi.
Seagaldan əvvəl Fransız aktyor Jerar Depardieu ilə ABŞ-lı Uzaq Şərq idman növləri döyüşçüsü Cef Monson, boksçu Roy Cons və snowboard idmançısı Vic Wild Rus vatandaşığı almışdı.
Seagal daha əvvəl də Belqradda bir Uzaq Şərq idman növləri məktəbi açmağı təklif etdikdən sonra Serbiya vətəndaşı da olmuşdu.
Dursun Tağıyeva,
AZXEBER.COM
AZXEBER.COM