Putin "Qafqaz-2012" təlimlərini izlədi

DÜNYA
13:34 18.09.2012
1419
Rusiyanın cənubunda bu ilin ən genişmiqyaslı hərbi təlimi olan "Qafqaz-2012" təlimləri davam edir. Təlimlər eyni vaxtda 4 poliqonda və Qara və Xəzər dənizlərinin akvatoriyalarında keçirilir. Aviasiya və quru qoşunlarının manevrlərinə artıq gəmilər də qoşulub. Bu gün əsas manevrlər Həştərxan vilayətində və Dağıstanda həyata keçiriləcək. Desantçıların və motoatıcı briqadanın iştirakı ilə xüsusi əməliyyat keçiriləcək. Bu zamanı gəmi komandası şərti düşmənin sudan və havadan hücumunu dəf edəcək.
Ötən gün Novorossiyskdə "Rayevski" poliqonunda əsgər və zabitlərin manevrlərini izləyənlər arasında Rusiya prezidenti Vladimir Putin də olub. Putin hərbçilərin hərəkətlərinə "əla" qiymət verib və vurğulayıb ki, onlar Rusiyanın milli maraqlarını və təhlükəsizliyini qorumağa həmişə belə hazır olmalıdırlar.
"Biz ölkəmizin müdafiə qabiliyyətini gücləndirəcəyik. Siz yaxşı hazırlıqlısınız, dünyada baş verənləri görürsünüz, beynəlxalq məsələlərdə güc tətbiqinin, təəssüf ki, artdığını görürsünüz, bütün bunlar ondan xəbər verir ki, biz öz barıtımızı quru saxlamalıyıq, Rusiyanın müdafiə qabiliyyətini artırmalıyıq." - Vladimir Putin belə deyib.

OXŞAR XƏBƏRLƏR