Putin Qarabağda həlledici zərbəyə hazırlaşır

Putin Qarabağda həlledici zərbəyə hazırlaşır
SİYASƏT
13:46 04.02.2017
1358
Son günlər Ukraynanın şərqi Donbasda vəziyyətin gərginləşməsi, Ukrayna ordusu ilə separatçılar arasında qızğın döyüşlərin yenidən başlaması nəticəsində xeyli itkinin olması Rusiyanın birbaşa rol oynadığı digər münaqişələri də gündəmə gətirib.

İstiPress-in məlumatına görə, dünyanın nüfuzlu KİV-ləri Donbasda döyüşlərin Rusiya prezidenti Vladimir Putinin amerikalı həmkarı Donald Trampla telefon danışığından sonra başlamasına diqqət çəkib.

Polşanın məşhur "wpolityce.pl” analitik internet portalında dərc edilən məqalədə qeyd olunur ki, Donbasda eskalasiyanın baş verməsi Rusiyanın təxribatıdır və Tramp adminstrasiyasına konkret mesajdır.

"Putin sadəcə olaraq öyrənmək istəyir ki, Tramp Moskvaya qarşı münasibətlərində nə qədər səmimidir və hansısa güzəştlərə getməyə hazırdır, ya yox”, - deyə məqalədə vurğulanır.

Polşan müdafiə nazirinin sabiq müavini general Valdemar Skşipçak isə fronda.pl analitik internet portalına müsahibəsində deyib ki, Vladimir Putin Ukrayna problemini, eyni zamanda Dağlıq Qarabağ münaqişəsini, Gürcüstanda separatçı respublikalar məsələsini tezliklə öz xeyrinə həll etmək istəyir.

Onun sözlərinə görə, Putin başa düşür ki, bu münaqişələri indi özünün istədiyi çərçivədə həll etməsə, gələcəkdə Birləşmiş Ştatlarla danışıqlar aparmaq onun üçün çətin olacaq.

"Moskva münaqişələri danışıqlar yolu ilə həll etməyə və hansısa razılaşmaların əldə olunmasına çalışır”, - deyə general bildirib.

Təsadüfi deyil ki, son vaxtlar Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində erməni tərəfinin təxribatı artıb. Hətta qanlı toqquşmalar Qarabağdan çıxaraq, Azərbaycan-Ermənistan dövlət sərhədində də baş verib. Ola bilər ki, Rusiya Ukraynanın şərqindəki kimi Dağlıq Qarabağda da gərginliyi artırmağa çalışır.

Bir müddət əvvəl isə ABŞ-ın "Washington Times" qəzetində Dağlıq Qarabağ münaqişəsinə dair məqalə dərc olunmuşdu. Bildirilirdi ki, Donald Trampın qarşısında duran əsas vəzifələrdən biri Vladimir Putini sülh razılaşmasının əldə olunması üçün Azərbaycanın işğal olunmuş torpaqlarından Erməni silahlı qüvvələrinin dərhal və qeyd-şərtsiz çıxarılmasına inandırmaqdır.

"İkincisi, bunun əvəzində Azərbaycan qaz kəmərlərinin Ermənistandan Avropaya keçməsinə razılıq verə bilər. Üçüncüsü, münaqişə tərəfləri Dağlıq Qarabağa yüksək statuslu müxtariyyətin verilməsi razılığına gəlməlidir. ABŞ, Rusiya və Fransa sülhməramlıları Dağlıq Qarabağa yerləşdiriləcək. Dördüncüsü, sülhə əlaqədar iki ölkə arasında infrastruktur layihələrini maliyyələşdirmək üçün yaradılmış fondun sayəsində məsələn, Bakıdan Ermənistandan keçərək Naxşıvana qatar reysini açıla bilər”, - deyə müəllif yazır.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
KİV: Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ın Ukraynaya silah tədarükü gecikir
02:32 16.03.2026
KİV: Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ın Ukraynaya silah tədarükü gecikir
Bakıda və Abşeronda məhəllədaxili yollar bərbad vəziyyətdə: Məsuliyyət kimin üzərindədir? - VİDEO
01:39 16.03.2026
Bakıda və Abşeronda məhəllədaxili yollar bərbad vəziyyətdə: Məsuliyyət kimin üzərindədir? - VİDEO
Hakan Fidan səudiyyəli həmkarı ilə müharibənin dayandırılmasını müzakirə edib
01:07 16.03.2026
Hakan Fidan səudiyyəli həmkarı ilə müharibənin dayandırılmasını müzakirə edib
Araz çayında balıqlar kəskin azalıb - VİDEO
00:24 16.03.2026
Araz çayında balıqlar kəskin azalıb - VİDEO
Əraqçi Yaxın Şərqdə eskalasiyaya səbəb olanların adlarını açıqladı
00:07 16.03.2026
Əraqçi Yaxın Şərqdə eskalasiyaya səbəb olanların adlarını açıqladı
Qazaxıstanda keçirilən referenduma dair "exit-poll" nəticələri açıqlanıb
23:53 15.03.2026
Qazaxıstanda keçirilən referenduma dair "exit-poll" nəticələri açıqlanıb
Daha bir güləşçimiz Avropa çempionu oldu
23:40 15.03.2026
Daha bir güləşçimiz Avropa çempionu oldu
“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - Video
23:34 15.03.2026
“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - Video
İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanılıb
23:24 15.03.2026
İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanılıb
Fərid Şahbazlı: "Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib"
23:07 15.03.2026
Fərid Şahbazlı: "Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib"
Azərbaycan və Səudiyyə Ərəbistanının XİN başçıları arasında telefon danışığı baş tutub
23:03 15.03.2026
Azərbaycan və Səudiyyə Ərəbistanının XİN başçıları arasında telefon danışığı baş tutub
Əraqçı: "İran ABŞ ilə danışıqlara ehtiyac görmür"
22:55 15.03.2026
Əraqçı: "İran ABŞ ilə danışıqlara ehtiyac görmür"
Qubada müəllim dəm qazından boğularaq ölüb
22:44 15.03.2026
Qubada müəllim dəm qazından boğularaq ölüb
Azərbaycanlı diplomat ölkəyə təxliyə olundu
22:28 15.03.2026
Azərbaycanlı diplomat ölkəyə təxliyə olundu
Avtobusdakı görüntüləri gündəm oldu
22:16 15.03.2026
Avtobusdakı görüntüləri gündəm oldu
Bakıda evlərin sökülməsi gərginlik yaradır: Kiçik mülk sahibləri böyük mənzil tələb edirlər - VİDEO
22:11 15.03.2026
Bakıda evlərin sökülməsi gərginlik yaradır: Kiçik mülk sahibləri böyük mənzil tələb edirlər - VİDEO