Putin: Qazaxıstanda "Maydan texnologiyası"ndan istifadə edilib

Putin: Qazaxıstanda "Maydan texnologiyası"ndan istifadə edilib
DÜNYA
13:09 10.01.2022
327
Rusiya prezidenti Vladimir Putin Qazaxıstanda iğtişaşlar zamanı "Maydan texnologiyaları"ndan, o cümlədən informasiya dəstəyindən istifadə edildiyini bildirib.

Bu barədə o, KTMT Kollektiv Təhlükəsizlik Şurasının növbədənkənar sessiyasında danışıb.

O əlavə edib ki, ölkədə iğtişaş törədən şəxslər xarici ölkələrdə terror düşərgələrində təlim keçiblər: "Prezident Tokayevin indicə dediyi kimi, yaxşı təşkil olunmuş və yaxşı idarə olunan yaraqlı qruplarından istifadə edilib".

Eyni zamanda o, ölkənin dövlətçiliyə birbaşa təhlükə ilə üz-üzə qaldığını, təcavüzə dərhal cavab verilməsinin vacibliyini vurğulayıb. Prezident qeyd edib ki, qurum qısa zamanda lazımi tədbirləri görməyə nail olub.
 
///BAKU.WS
OXŞAR XƏBƏRLƏR