Putin qiyama görə Ərdoğana zəng etdi

Putin qiyama görə Ərdoğana zəng etdi
SİYASƏT
15:09 17.07.2016
2865

Rusiya prezidenti Vladimir Putinlə Türkiyə prezidentləri Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

Rusiya prezidenti Türkiyədə baş verən qiyamda çoxsaylı insan tələfatından kədərləndiyini bildirib, Ərdoğana başsağlığı verib.

Vladimir Putin dövlətin konstitusion quruluşuna qarşı fəaliyyətin yolverilməzliyi ilə bağlı Rusiyanın prinsipial mövqeyini ifadə edib.Telefon danışığında Türkiyədə rusiyalı turistlərin təhlükəsizliyi məsələləri də müzakirə olunub.

OXŞAR XƏBƏRLƏR