Putin Qurani-Kərimin yandırılmasından danışdı

Putin Qurani-Kərimin yandırılmasından danışdı
DÜNYA
23:26 02.07.2023
304

Rusiya prezidenti Vladimir Putin Stokholmda Quranın yandırılmasından danışarkən Böyük Pyotrun komandanlığı altında olan rus ordusunun isveçlilər üzərində qələbəsini xatırladıb.

Rusiya dövlət başçısı Dərbənddəki məscidə səfəri zamanı vurğulayıb ki, bəzi ölkələrdə Rusiyadan fərqli olaraq dindarların hisslərinə hörmət edilmir və müqəddəs kitabların yandırılması cinayət sayılmır:

"İsveçdə Quran yenidən yandırılıb. Böyük Pyotr onlar üçün kifayət deyil”.

Xatırladaq ki, iyunun 28-də Stokholmun mərkəzində iraqlı mühacir müsəlmanların müqəddəs Qurban bayramında namaz qılarkən Quranı yandırıb və iki protokol alıb.

OXŞAR XƏBƏRLƏR