Putin: Rusiya-Azərbaycan dövlətlərarası münasibətlərində böhran yaşandığını söyləmək olmaz

Putin: Rusiya-Azərbaycan dövlətlərarası münasibətlərində böhran yaşandığını söyləmək olmaz
SİYASƏT
16:56 10.10.2025
433
Rusiya prezidenti Vladimir Putin hesab edir ki, Rusiya və Azərbaycanın dövlətlərarası münasibətlərdə böhran yaşandığını söyləmək olmaz.

Bu barədə Putin Tacikistana səfərinin yekunları ilə bağlı mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, əks halda ölkələr iqtisadi əlaqələrin inkişaf etdiyini görməzdilər.

"Dövlətlərarası münasibətlərdə bu nə böhrandır? Bu, emosiyaların böhranı idi - və başa düşüləndir. Biz faciəvi hadisə ilə üzləşdik: təyyarə qəzası. Və bunu həll etmək üçün bizə vaxt lazım idi", - deyə Rusiya prezidenti vurğulayıb.

Putin ümid edir ki, ölkələr "səhifəni çeviriblər” və öz böyük planlarını həyata keçirməyə davam edə biləcəklər.
 
\Apa
OXŞAR XƏBƏRLƏR