Putin: Rusiya Kiyevlə danışıqların növbəti raundunu İstanbulda keçirməyə hazırdır

Putin: Rusiya Kiyevlə danışıqların növbəti raundunu İstanbulda keçirməyə hazırdır
DÜNYA
18:54 27.06.2025
287
"Rusiya Federasiyası və Ukraynanın memorandumları bir-birinə ziddir, lakin bu, təəccüblü deyil".

Bunu Rusiya Prezidenti Vladimir Putin bildirib.

O qeyd edib ki, Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi vacibdir və bu, Moskva və Kiyev arasında problemlərin mahiyyətinin əsaslı şəkildə müzakirəsi üçün şərait yaradır.

Putinin sözlərinə görə, Rusiya Ukrayna ilə danışıqların üçüncü raunduna hazırdır: "Rusiya Federasiyası daha 3000 Ukrayna əsgərinin cəsədini Kiyevə təhvil verməyə hazırdır. Mübadilələr başa çatdıqdan sonra Rusiya Federasiyası və Ukrayna təmasları davam etdirəcək".

Putin deyib ki, Rusiya Kiyevlə danışıqların növbəti raundunu İstanbulda keçirməyə hazırdır və Ərdoğana köməyə görə minnətdardır.

Qeyd edib ki, Rusiya ilə Ukrayna arasında nizamlanmaya dair memorandum layihəsi danışıqların üçüncü raundunda müzakirə mövzusu olmalıdır.

Putin vurğulayıb ki, Rusiya və Ukraynadan olan nümayəndələr operativ təmasdadırlar.

/APA
OXŞAR XƏBƏRLƏR