Putin Rusiya müsəlmanlarından Ramazan bayramını evdə qeyd etməyi xahiş etdi

Putin Rusiya müsəlmanlarından Ramazan bayramını evdə qeyd etməyi xahiş etdi
DÜNYA
16:05 18.05.2020
812
Rusiya Prezidenti Vladimir Putin ölkə müsəlmanlarına müraciət edib.

V. Putin Rusiya müsəlmanlarından Ramazan bayramını evdə qeyd etmələrini xahiş edib.

"Dağıstan Respublikasında bu bayrama necə münasibətin olduğunu, adətlərin necə qorunduğunu bilirəm. Ruhanilər dindarları, islam dininin ardıcıllarını bu bayramı evdə qeyd etməyə, kollektiv dualardan və dostlarla böyük məclis ənənəsindən imtina etməyə çağırır. Ümid edirəm ki, bunu hamı eşidəcək”, - deyə dövlət başçısı Dağıstan rəhbərliyi və ictimaiyyət nümayəndələri ilə virtual görüşündə qeyd edib.
 
///APA
OXŞAR XƏBƏRLƏR