Putin sənədlərlə danışacaq: ‘Ərdoğanın İŞİD-lə danışıqlarının peyk çəkilişləri var’

DÜNYA
16:52 02.12.2015
2528

Rəsmi Moskva Türkiyə prezidentiRəcəb Tayyib Ərdoğanla və onun ailəsiniİŞİD terror təşkilatının Suriyada ələ keçirdiyi ərazilərdən neft məhsulları alışlarında əli olmaqda suçlayıb.

Bunu Rusiyanın müdafiə nazirinin müaviniAnatoli Antonovbu gün Moskvada keçirdiyi brifinqdə deyib.

"İŞİD-in qəsb etdiyi neftin əsas alıcısı Türkiyədir. Bu cinayətkar biznesdə ölkənin ali rəhbərliyi -prezident Ərdoğan və onun ailəsi iştirak edirlər", - Antonov deyib.

Brifinqdə daha sonra bildirilib ki, bu məlumatlar peyk çəkilişləri, informasiyalar və kəşfiyyat məlumatları ilə təsdiqlənir.

OXŞAR XƏBƏRLƏR