Putin səssizliyini pozdu - ABŞ və NATO-nu ittiham etdi

Putin səssizliyini pozdu - ABŞ və NATO-nu ittiham etdi
DÜNYA
23:37 01.02.2022
737
Rusiya Prezidenti Vladimir Putin ABŞ və NATO-nu Rusiyanın fundamental təhlükəsizlik narahatlıqlarına məhəl qoymamaqda ittiham edib.

AZXEBER.COM Rusiya mətbuatına istinadən xəbər verir ki, dövlət başçısı bu barədə Macarıstanın Baş naziri Viktor Orbanla danışıqların yekunlarından sonra deyib.

"Yanvarın 26-da ABŞ və NATO-dan alınan yazılı cavabları diqqətlə təhlil edirik", - Rusiya Prezidenti deyib.

Putinin sözlərinə görə, Rusiyanın fundamental narahatlıqlarına məhəl qoyulmadığı artıq aydındır.

Rusiya Prezidenti əlavə edib ki, Moskva onun üç əsas tələbinin adekvat nəzərə alındığını görmür. Söhbət NATO-nun genişlənməsinin qarşısını almaqdan, Rusiya yaxınlığında zərbə silahı sistemlərinin yerləşdirilməsindən imtinadan, həmçinin Şimali Atlantika Alyansının Avropadakı hərbi infrastrukturunun 1997-ci il vəziyyətinə qaytarılmasından gedir.
OXŞAR XƏBƏRLƏR