Putin Priqojinlə görüşdü

Putin Priqojinlə görüşdü
DÜNYA
11:18 10.07.2023
221
Rusiya Prezidenti Vladimir Putin "Vaqner” özəl hərbi muzdluların rəhbəri Yevgeni Priqojinlə görüşüb.

AZXEBER.COM xəbər verir ki, bu barədə Fransanın "Liberation” qəzeti Qərb kəşfiyyatının məlumatlarına istinadən xəbər verib.

Belə ki, iclasda hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər.

Priqojin iyulun 1-də Kremlə çağırılıb.
 
Söhbətdə Rusiya Prezidenti Vladimir Putindən başqa, Rusiya Milli Qvardiyasının direktoru Viktor Zolotov, həmçinin Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin də iştirak ediblər.

Xatırladaq ki, "Vaqner”in rəhbəri Yevgeni Priqojin iyunun 24-nə keçən gecə silahlı qiyama başlayıb.
 
O, Rusiya Müdafiə Nazirliyini onun döyüşçülərinə zərbə endirməkdə ittiham edib. Ertəsi gün səhər Priqojin Rostovdakı və Voronejdəki hərbi obyektlərə nəzarəti və Vaqner döyüşçülərinin Moskvaya getmək niyyətini açıqlayıb.
 
Amma axşam saatlarında Belarus Prezidenti Aleksandr Lukaşenko ilə danışıqlardan sonra bu planlarından əl çəkib. Bildirilib ki, danışıqlar zamanı hərbçilər üçün təhlükəsizlik zəmanəti ilə razılıq əldə edilib. Kremldən onların məsuliyyətə cəlb edilməyəcəyi, Priqojinə qarşı silahlı qiyamın təşkili ilə bağlı (Cinayət Məcəlləsinin 279-cu maddəsi) cinayət işinə xitam veriləcəyi və onun Belarusa gedə biləcəyi vədi verilib.
 
Ayşən
OXŞAR XƏBƏRLƏR