Putin Tokayev ilə telefonla danışdı

Putin Tokayev ilə telefonla danışdı
DÜNYA
14:50 08.01.2022
348
Rusiya Prezidenti Vladimir Putin və Qazaxıstan Prezidenti Kasım - Jomart Tokayev arasında telefon danışığı olub.

AZXEBER.COM APA-ya istinadən bildirir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Qazaxıstan Prezidenti rusiyalı həmkarını ölkəsindəki son vəziyyət barədə məlumatlandırıb. Kasım-Jomart Tokayev ölkədə vəziyyətin stabilliyə doğru yönəldiyini bildirib.

Qazaxıstan Prezidenti Tokayev Rusiya Prezidenti Vladimir Putinə KTMT çərçivəsində verdiyi dəstəyə görə təşəkkür edib.
OXŞAR XƏBƏRLƏR