Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında ikitərəfli görüş başlayıb.
Bu barədə TASS xəbər agentliyi məlumat verib.
Danışıqlar Çinin Şençjen şəhərində keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində baş tutur.
Bu, 2025-ci ilin avqustunda Ankoricdə keçirilən sammitdən sonra Putin və Trampın ilk üzbəüz görüşüdür. Ümumilikdə isə son 9 ildə (Trampın hər iki prezidentlik dövrü ərzində) liderlər səkkizinci dəfə görüşürlər.
Məlumata görə, dünən Rusiya və ABŞ prezidentlərinin rəsmi qəbul zamanı qısa söhbət etmək imkanı olub. Onlar əl sıxaraq bir neçə kəlmə ilə fikir mübadiləsi aparıblar. Hazırda isə dövlət başçıları nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqlar aparırlar.
///apa.az











































