Putin Tramp və Zelenski ilə görüşməkdən imtina etdi - İDDİA

Putin Tramp və Zelenski ilə görüşməkdən imtina etdi - İDDİA
DÜNYA
14:00 29.09.2025
220
ABŞ-nin vitse-prezidenti J.D.Vens "Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Donald Tramp və Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşdən imtina edib” deyib.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-nin vitse-prezidenti J.D.Vens vəziyyətlə bağlı ABŞ mətbuatına danışarkən bildirib ki, Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Donald Tramp və Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşdən imtina edib.
 
Rusiyanın heç bir əhəmiyyətli qazanc əldə edə bilmədiyini vurğulayan Vance, "Biz sülh üçün fəal çalışırıq, lakin rusların oyanıb faktları qəbul etməsi lazımdır" deyib.
 
İsrailin Qəzzaya hücumları ilə bağlı Vans mürəkkəb danışıqlar prosesinin getdiyini və Qəzzaya humanitar yardımın çatdırılmasında əhəmiyyətli irəliləyiş əldə edildiyini bildirib. O, Qəzza və İordan çayının qərb sahilinə nəzarətin bölgə xalqına aid olduğunu bildirib.
 
Gülay
OXŞAR XƏBƏRLƏR