Putin: Türkiyə energetika sahəsində ən etibarlı tərəfdaşdır

Putin: Türkiyə energetika sahəsində ən etibarlı tərəfdaşdır
DÜNYA
16:02 18.02.2024
157
Türkiyə energetika sahəsində ən etibarlı tərəfdaşdır.

Bunu Rusiya Prezidenti Vladimir Putin "Moskva. Kreml. Putin” verilişinin müəllifi və aparıcısı Pavel Zarubinə müsahibəsində deyib.

Onun sözlərinə görə, Almaniyanın Rusiya yanacağından qismən imtina etməsindən sonra Türkiyə bu sektorda ən etibarlı tərəfdaşa çevrilib.

Putin əlavə edib ki, Almaniya daxili siyasi mübarizə ilə məşğuldur, onların siyasətinin iqtisadiyyata ziyan vurduğu göz qabağındadır.//report
OXŞAR XƏBƏRLƏR