Videokonfransa qoşulan Rusiya lideri Vladimir Putin əsəbiləşib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Putin qışqıraraq baş nazirin müavinini danlayıb.
Onun bu görüntüləri kameralar tərəfindən qeydə alınıb.
Rusiya lideri açıq şəkildə baş nazirin müavini Denis Manturovu danlayıb.
Yeni il tətilində Türkiyəyə getdiyi üçün Manturovu işini görməməkdə günahlandıran Putinin sözləri videokonfrans iştirakçılarını da təəccübləndirib.
Belə ki, Rusiya lideri Manturovu aviasənayedə bir çox müəssisədə yeni təyyarələrlə bağlı sifarişlərin olmamasına görə danlayıb.
Onun sözlərinə görə, zavodlarda hələ də sifarişlər yoxdur: "Direktorlar mənə dedi ki, müəssisələrdə hələ də müqavilələr yoxdur. Niyə boş-boş oturursunuz? Müqavilələr nə vaxt hazır olacaq?”
Putin göstəriş verdiyi işlər gec yerinə yetirildiyi üçün Manturova öz iradlarını bildirib.
Ayşən