"Biz Türkiyəylə qaz ixracı mövzusunda görüşməyə hazırıq".
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin Şərq İqtisadi Forumunda çıxışı zamanı deyib.
O bildirib ki, Avropa Birliyi Rusiya qazını istəmir və ölkəsi Türkiyəyə qaz ixracının artırıla bilər.
Rusiya lideri həmçinin ABŞ-dəki prezident seçkilərində Demokratların namizədi Kamala Harrisi dəstəklədiyini də açıqlayıb.