Putin: Ukrayna ilə atəşkəs müvafiq razılaşmalar əldə edildikdən sonra mümkündür

Putin: Ukrayna ilə atəşkəs müvafiq razılaşmalar əldə edildikdən sonra mümkündür
DÜNYA
21:15 19.05.2025
306
Ukrayna ilə atəşkəs müvafiq razılaşmalar əldə edildikdən sonra mümkündür.

Bunu Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampla telefon danışığından sonra jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Rusiya Ukraynada döyüşlərin dayandırılmasının tərəfdarıdır, lakin sülhə doğru ən səmərəli yolları inkişaf etdirmək lazımdır.

Putin deyib ki, Rusiya Ukrayna ilə atəşkəs də daxil olmaqla memorandum üzərində işləməyə hazırdır:

"Rusiya və Ukrayna arasında memorandum atəşkəs və nizamlanma prinsiplərini ehtiva edə bilər. Rusiya və Ukrayna bütün tərəflərə uyğun kompromislər tapmalıdır".

Tərəflər razılaşıblar ki, Rusiya gələcək sülh müqaviləsi ilə bağlı Ukraynaya memorandum təklif edəcək və onunla işləməyə hazırdır.

"Memorandum nizamlanma prinsiplərini, sülh sazişlərinin mümkün bağlanma vaxtını, o cümlədən müvafiq razılaşmalar əldə edildikdən sonra mümkün atəşkəs rejimini müəyyən edəcək. İstanbulda danışıqların iştirakçıları arasında təmaslar bərpa olunub ki, bu da düzgün yolda olduğumuza inanmağa əsas verir. Rusiya və Ukrayna üçün kompromislər tapmaq vacibdir. Moskvanın mövqeyi aydındır. Onun üçün əsas məsələ böhranın əsas səbəblərini aradan qaldırmaqdır", - Rusiya Prezidenti vurğulayıb.

Putin əlavə edib ki, Trampla telefon danışığı barədə ətraflı məlumatı Kremlin sözçüsü Dmitri Peskov və ya prezidentin köməkçisi Yuri Uşakov verəcək.

Kreml rəhbəri Moskva və Kiyev arasında birbaşa danışıqların bərpasına verdiyi dəstəyə görə Trampa təşəkkür edib.
 
/APA
OXŞAR XƏBƏRLƏR