Rusiya Prezidenti Vladimir Putin ABŞ lideri Donald Trampla danışıqların konstruktiv keçdiyini bildirib.
Teleqraf xəbər verir ki, Kreml rəhbəri bunu Alyaskadakı sammitdən sonra keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, ABŞ Prezidenti ilə görüşəndə "onu sağ görməyinə” sevinib.
Böyük ehtimalla, Putin seçki kampaniyası zamanı D.Trampa sui-qəsd cəhdinə işarə edib.
V.Putin onu da söyləyib ki, sülh nizamlanması zamanı "Ukraynanın təhlükəsizliyi təmin edilməlidir” deyib və bu barədə o, D.Trampla həmfikirdir. O, eyni zamanda təhlükəsizlik ilə bağlı "Rusiyanın narahatlığını” da nəzərə alınmasını tələb edib.
Onun sözlərinə görə, nizamlanma prosesində "açıq-aydın irəliləyiş” var.
V.Putin ABŞ və Rusiyanın əvvəllər "ortaq düşmənləri məğlub etdiyini” deyib və bu irsin indi də tətbiq olunmasını arzulayıb. O vurğualyıb: "Biz Prezident Trampla çox yaxşı və birbaşa əlaqələr qurmuşuq".
Rusiya lideri bildirib: "Biz Ukrayna xalqını həmişə qardaş hesab etmişik. Mən bunu dəfələrlə demişəm, bugünkü şəraitdə nə qədər qəribə səslənsə də. Bizim köklərimiz eynidir və baş verənlər faciə və böyük ağrıdır. Buna görə də ölkəmiz münaqişəyə son qoymaqda səmimi maraqlıdır".
O bildirib ki, Tramp ABŞ prezidenti olsaydı, Ukraynada müharibə olmayacaqdı.
Putin və Tramp mətbuat konfransında sualları cavablandırmayıb və görüşün nəticələri ilə bağlı açıqlamalar verdikdən sonra konfransı tərk ediblər.