Putin və Ərdoğan Dağlıq Qarabağda və Suriyadakı vəziyyəti müzakirə ediblər

SİYASƏT
14:59 22.11.2013
1187

Aparılan danışıqlar bu məsələlərin nizamlanması üçün zəmin yarada bildi.

AZXEBER.COM-un RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Rusiya və Türkiyə arasında Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasında bəyan edib.

Rusiya Federasıyasının prezidenti Vladimir Putin və Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan dar tərkibdə aparılan danışıqlardan sonra Suriyadakı vəziyyəti və Dağlıq Qarabağ problemini müzakirə ediblər.

“Birgə atmalı olduğumuz addımlar var, bu mövzularda apardığımız danışıqlar da sözügedən münaqişələrin nizamlanması üçün əlverişli zəmin və baza yarada bildi” – R.T.Ərdoğan Şuranın iclasında bildirib.

“Rusiya və Türkiyənin Ermənistan-Azərbaycan münaqişəsi nöqteyi nəzərindən, Suriya nöqteyi-nəzərindən, İraqdakı vəziyyətin inkişaf etdirilməsi baxımından bölgədə öhdəliklərinin olduğuna inanıram” – R.T. Ərdoğan qeyd edib.

OXŞAR XƏBƏRLƏR