Putin: “Yaxın Şərqdə vəziyyət tezliklə sabitləşəcək”

Putin: “Yaxın Şərqdə vəziyyət tezliklə sabitləşəcək”
DÜNYA
05:06 13.09.2026
57
Rusiya Prezidenti Vladimir Putin regionda gərginliyin davam etməsinə baxmayaraq, Yaxın Şərqdə vəziyyətin yaxın vaxtlarda sabitləşəcəyini bildirib. 

AZXEBER.COM "Kommersant”a istinadla xəbər verir ki, Putin bunu Əbu-Dabi vəliəhdi Xalid bin Məhəmməd bin Zayed Al Nəhyanla görüşündə deyib.

"Əlbəttə, region hazırda inkişafının çox mürəkkəb dövrünü yaşayır. Əminəm ki, bu günün bütün çətinliklərinə baxmayaraq, vəziyyət sabitləşəcək”, – Putin bildirib.

Rusiya Prezidenti qeyd edib ki, Birləşmiş Ərəb Əmirlikləri Rusiya üçün Yaxın Şərqdə ən yaxın ölkələrdən birinə çevrilib.

Qeyd edək ki, Putinlə Əbu-Dabi vəliəhdinin görüşü sentyabrın 12–13-də Yeni Dehlidə keçirilən BRICS sammiti çərçivəsində baş tutub.
OXŞAR XƏBƏRLƏR