Putin Zaxarovaya yeni diplomatik rütbə verdi

Putin Zaxarovaya yeni diplomatik rütbə verdi
DÜNYA
22:20 26.12.2017
1471
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovaya yeni diplomatik rütbə verilib.
 
AZXEBER.COM Qafqazinfo-ya istinadən verdiyi məlumata görə, prezident Vladimir Putinin bu gün imzaladığı fərmana əsasən, M. Zaxarovaya birinci dərəcəli fövqəladə və səlahiyyətli səfir rütbəsi verilib.
 
Buna qədər Mariya Zaxarova ikinci dərəcəli fövqəladə və səlahiyyətli səfir rütbəsini daşıyırdı.
 
Qeyd edək ki, M. Zaxarova 2015-ci ilin avqustundan Rusiya XİN-nin informasiya departamentinə rəhbərlik edir.
OXŞAR XƏBƏRLƏR