Putin Zelenskinin zənginə necə cavab verəcək? - Uşakov açıqladı

Putin Zelenskinin zənginə necə cavab verəcək? - Uşakov açıqladı
DÜNYA
15:57 01.11.2026
276
"Rusiya Prezidenti Vladimir Putin ukraynalı həmkarı Vladimir Zelenski ilə danışıqlardan imtina etməyib".

Bu barədə Rusiya liderinin köməkçisi Yuri Uşakov Rusiya KİV-ə müsahibəsində bildirib.

Onun sözlərinə görə, zəng daxil olarsa, prezident ukraynalı həmkarına cavab verəcək.

"Mən elə düşünürəm ki, əlbəttə, cavab verəcək. Putin bir dəfə də olsun danışıqlardan imtina etməyib", - deyə Uşakov əmin edib.

Daha əvvəl Zelenski Rusiya rəhbərliyi ilə ərazi məsələsini müzakirə etməyə hazır olduğunu bildirmişdi. O vurğulamışdı ki, bu mövzunu yalnız Rusiya Prezidenti Vladimir Putinlə müzakirə etməyə hazır olacaq, digər məsələlər isə texniki qruplar səviyyəsində müzakirə ediləcək.
 
//Oxu.Az
OXŞAR XƏBƏRLƏR