Xəbər verdiyimiz kimi, Exit-polun nəticələrinə görə, Vladimir Putin Rusiyada keçirilən prezident seçkilərində 87,8 faiz səs toplayaraq qalib gəlib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, qələbə nitqində Putin xalqa müraciət edərək deyib:
"Rusiya indi daha güclü və təsirli olacaq. Yüksək iştirak nisbətinin içində olduğumuz vəziyyətlə əlaqəsi var. Biz sözün əsl mənasında xalqımızın maraqları və yaxşı gələcək qurmaq üçün silahla mübarizə aparmalıyıq".
Rusiya prezidenti Qərbin Ukraynaya dəstəyini vurğulayıb və NATO qüvvələrinin Ukraynada olduğunu iddia edib. və bunun dünyanı üçüncü dünya müharibəsinin astanasına gətirə biləcəyini irəli sürdü.