Putindən ABŞ və Ukraynaya XƏBƏRDARLIQ

Putindən ABŞ və Ukraynaya XƏBƏRDARLIQ
DÜNYA
14:42 06.06.2022
543
Putin yenidən ABŞ və Ukraynanı təhdid edib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin ABŞ və Qərb dövlətləri tərəfindən Ukraynaya daha çox uzaqmənzilli raketlərin tədarük ediləcəyi təqdirdə Rusiyanın daha sərt davranacağını bildirib.

Fevralın 24-də Rusiyanın Ukraynaya qarşı hücumları davam edərkən, Rusiya prezidenti Putin Qərbə xəbərdarlıq edib.
 
ABŞ-ın Qərb ölkələrindən Ukraynaya uzaqmənzilli raketlər verməməsi ilə bağlı xəbərdarlıq edən Putin "Qərb onları tədarük etməyə davam edərsə, Ukraynanı daha sərt vuracağıq”, - deyə açıqlamasında bildirib. 

Belə bir məqamda Rusiyaya qarşı sanksiyaları artırmaq üçün digər ölkələrlə işləməyə davam edəcəklərini vurğulayan Bayden, ABŞ-ın Javelin tank əleyhinə raketləri, Stinger zenit raketləri, radar sistemləri, İHA və Mi-17 helikopterləri kimi qabaqcıl silahları Ukraynaya göndərməyə davam edəcəyini qeyd edib.
 
Ayşən
OXŞAR XƏBƏRLƏR