Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana "Bayraktar” PUA-ları ilə bağlı yeni təklif irəli sürüb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Ərdoğan təklifi Mərkəzi İcra Şurasının toplantısı zamanı dövlətin yüksək rütbəli şəxsləri ilə müzakirə edib.
Belə ki, Putin Ərdoğana PUA-ların birgə istehsalı haqda təklif irəli sürüb.
İclas zamanı tərəflərin hansı fikirlər irəli sürdüyü haqda məlumat verilməyib.
Qeyd edək ki, Ərdoğan bildirib ki, Birləşmiş Ərəb Əmirlikləri də türk PUA-larının birgə istehsalı üçün maraqlıdır.
Birləşmiş Ərəb Əmirlikləri "Bayraktar” PUA-ları ilə bağlı krallıqda fabrik qurmağı təklif edib. Türkiyə tərəfi isə hələ ki, təklifə cavab verməyib.