Putindən rus əsgərlərinə: “Mən sizinlə fəxr edirəm”

Putindən rus əsgərlərinə: “Mən sizinlə fəxr edirəm”
DÜNYA
12:43 24.08.2023
208
Rusiya Prezidenti Vladimir Putin Kursk vilayətinin Poniri şəhərində keçmiş sovet qoşunlarının Kursk döyüşündə nasistlərə qarşı qələbəsinin 80 illiyi münasibətilə keçirilən mərasimdə çıxış edib.

AZXEBER.COM xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin rus əsgərlərinə müraciət edərək, "Xidmətinizə görə sizə təşəkkür edirəm, sizinlə fəxr edirəm”,-  deyib. 

Kursk döyüşünün təxminən 2 aya yaxın davam etdiyinə diqqət çəkən Putin bu müharibədə əsas hadisənin Proxorovkada yüzlərlə tankın əks döyüşdə cəbhənin dar bir hissəsində birləşdiyi genişmiqyaslı tank döyüşü olduğunu bildirib. 

Bütün əsgərlərin cəsarətlə və əzmlə döyüşdüyünü qeyd edən Putin "Vətənə sədaqət və hərbi anda sədaqət xüsusi hərbi əməliyyatın bütün iştirakçılarını birləşdirir”, - deyib.

Ayşən
OXŞAR XƏBƏRLƏR