Putindən Rusiya-Ukrayna müharibəsi ilə bağlı SƏRT MESAJ

Putindən Rusiya-Ukrayna müharibəsi ilə bağlı SƏRT MESAJ
DÜNYA
14:32 21.02.2023
229
Rusiya-Ukrayna müharibəsinin birinci ili yaxınlaşdığı bir vaxtda Rusiya prezidenti Putindən sərt açıqlamalar gəlib.

AZXEBER.COM xəbər verir ki, Rusiya ilə Ukrayna arasında müharibə davam edərkən Rusiya Prezidenti Vladimir Putin Rusiya Federal Məclisində iştirak edib.

Rusiya-Ukrayna müharibəsi ilə bağlı aktual məlumatları paylaşan Putin bu müharibənin Rusiyanın və rus xalqının gələcəyini formalaşdıracağını bildirib:

"Biz Ukrayna ilə bu problemi sülh yolu ilə həll etmək üçün əlimizdən gələni etdik. Biz səbirli olduq, çətin anlarda sülh yolu tapmaq üçün danışıqlar apardıq, amma arxamızda tamam başqa ssenari hazırlanmışdı”.

Qərb ölkələrini müharibə aparmaqda ittiham edən Putin "ABŞ-ın liderliyindəki Qərb ölkələri qeyri-məhdud güc əldə etmək istəyirdi. Qərb sanksiyalar paketləri ilə Rusiyanın gəlirlərini azaltmağa çalışdı, lakin bu, uğursuz oldu”, - deyə o, çıxışında bildirib.

Ayşən
OXŞAR XƏBƏRLƏR