Putindən Rusiyaya qarşı düşmənçilik siyasəti aparan ölkələrə - XƏBƏRDARLIQ

Putindən Rusiyaya qarşı düşmənçilik siyasəti aparan ölkələrə - XƏBƏRDARLIQ
DÜNYA
17:12 06.04.2022
570
Putin ərzaq ixracı ilə bağlı məlumat verib və Rusiyaya düşmənçilik edən ölkələrə xəbərdarlıq edib. 
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Rusiyaya qarşı düşmənçilik siyasəti aparan ölkələrə qarşı ərzaq ixracı məsələsini yaxından təqib edəcəklərini bildirib.
 
Putin kənd təsərrüfatı sektoru və ölkədəki sanksiyalarla bağlı Rusiya rəsmiləri ilə görüşündə qlobal enerji sektorunda vəziyyətin qeyri-bazar tədbirləri nəticəsində pisləşdiyinə diqqət çəkib.
 
Bu il qidada yaşanan qlobal problemlərə toxunan Putin daha ehtiyyatlı olmağın vacib olduğunu vurğulayıb: "Bu il qlobal ərzaq qıtlığı yaşansa da, xaricə ərzaq ixracatında daha ehtiyatlı olacağıq. Bizə açıq düşmənçilik edən ölkələrə belə ixracın parametrlərini diqqətlə izləyəcəyik”.
 
Putin həmçinin Rusiyada ərzaq məhsullarının istehsalının artması sayəsində qiymətlərin dünya bazarlarından aşağı qala biləcəyini də söyləyib.
 
Ayşən
 

OXŞAR XƏBƏRLƏR