Ukraynaya başladığı işğalda gözlədiyindən də böyük itkilərlə üzləşən Rusiya 9-cu komandirini itirib.
AZXEBER.COM Ölkə.az-a istinadla xəbər verir ki, 45 günlük müharibədə indiyədək 8 komandirin öldüyü təsdiqlənib. Dünən siyahıya daha bir komandir əlavə edilib. 59-cu Qvardiya Tank Alayının komandiri Aleksandr Bespalov un ölüb və Özerskdə dəfn edilib.
Komandirin bacısı Tatyana Karsakova da ölüm faktını təsdiqləyib.
Qeyd edək ki, martın 19-da Rusiya Cənub Hərbi Dairəsinin 8-ci bölmə komandiri olan Mordviçevin Çernobayevka şəhərində artilleriya atəşi nəticəsində həlak olduğu açıqlanıb və komandirin çarpazlanmış şəkli dərc olunub.
Ukrayna hakimiyyəti nəhayət, martın 30-da Rusiyanın Xarkovdakı qanlı hücuma rəhbərlik edən polkovnik Denis Kurilonu "qovduğunu” elan edib.