Rusiyanın "Birinci Kanal” televiziyasının keçmiş redaktoru Marina Ovsyannikova keçmiş əri İqor tərəfindən məhkəməyə verilib. İddia uşaqların tərbiyəsi ilə bağlıdır.
Bu barədə informasiyanı "StarHit” nəşri yayıb.
Bu məsələ ilə bağlı ilk iclas sabah, mayın 16-da Moskvanın Çeryomuşkinski Məhkəməsində keçiriləcək. Məhkəmənin məlumat bazasında iddiaçı və cavabdehin adları üst-üstə düşür, lakin əvvəllər bildirildiyi kimi, Ovsyannikova bir neçə ildir ki, əri ilə yaşamır.
Xatırladaq ki, martın 14-də Ovsyannikova Rusiyanın Ukraynadakı xüsusi əməliyyatı ilə bağlı plakatla canlı efir zamanı "Birinci Kanal”ın studiyasına girib.
Moskvanın Ostankino Məhkəməsi onu 30 min rubl cərimələyib. Sonradan onun Almaniyanın "Die Welt” nəşrində işə düzəldiyi məlum olub.
///BizimMedia