Putinin adamları rüşvət alarkən yaxalandılar

Putinin adamları rüşvət alarkən yaxalandılar
DÜNYA
18:16 30.05.2013
1433
Bu gün polis Moskvada Rusiya prezidentinin işləri üzrə idarənin "Maliyyə və hüquqi təminat mərkəzi" Federal Dövlət Vahid Müəssisənin əməkdaşlarını rüşvət aldıqlarına görə saxlayıblar.AZXEBER.COM-un Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, onlar 4 milyon rubl almaqda ittiham olunurlar.Məlumata görə, həmin qrupun tərkibində Rusiya prezidentinin işləri üzrə idarənin "Maliyyə və hüquqi təminat mərkəzi" FDVM-nin direktor müavini və onun tabeliyində olan iki nəfər, eləcə də vasitəçi qismində çıxış edəm kommersiya firmasının baş direktoru daxildir. Hüquq-mühafizə orqanları həmin şəxlərin Moskvanın mərkəzində Varvarka küçəsində ofis otaqlarının icarəyə verilməsi haqda razılaşmanın bağlanması üçün kommersiya təşkilatının nümayəndəsindən 10 milyon rubl tələb ediblər.
OXŞAR XƏBƏRLƏR