Putinin azərbaycanlı dostu milyarderlər siyahısından çıxarıldı

Putinin azərbaycanlı dostu milyarderlər siyahısından çıxarıldı
DÜNYA
01:49 17.04.2015
4700

“Forrbes” Rusiyanın 200 ən varlı iş adamının sərvətini açıqlayıb. Son 5 ildə ilk dəfə “özbək” ləqəbli Əlişir Usmanov siyahının birincisi olmayıb. Bu dəfə milyarderlərə Vladimir Potanin rəhbərlik edir.

Xarici mətbuatda Rusiya prezidentinin yaxın adamı kimi təqdim edilən Vladimir Potaninin 15,4 milyard dollar sərvəti var. Rusiyadakı 2014 böhranı onun sərvətini 2,8 milyard dollar artırıb.

Siyahının ikincisi Mixayil Fridman olub. Üçüncü sırada Əlişir Usmanov yer alıb. Onun sərvəti 4,2 milyard dollar azalaraq 14,4 milyard dollar təşkil edib.

Siyahıda azərbaycanlı milyarderlərə gəlincə, “LukOil” şirkətinin prezidenti Vahid Ələkbərov siyahının 6-cısı olub. Onun sərvəti 1,4 milyard dollar azalaraq 12,2 milyard dollara düşüb.

Əmlak kralları Zarax İliyev və Qod Nissanovun isə pulu, əksinə, artıb. Hər iki qubalının ayrı-ayrılıqda 4,3 milyard dolları var.

Daha bir həmyerlimiz Araz Ağalarov 46-cı sırada qərarlaşıb. “Krokurs”un sahibinin 1,9 milyard dollar sərvəti var. Artım 0,1 milyard dollardır.

Fərhad Əhmədov da siyahıda irəliləyib. Ötən il 69-cu sırada olsa da, bu il artıq 57-ci pillədədir. Sərvətinin həcmi nə artıb, nə də azalıb. F.Əhmədovun hazırda cəmisi 1,4 milyard dollar pulu var.

“AST” Şirkətlər Qrupunun sahibi Telman İsmayılov bu dəfə 7 pillə geriləyərək 144 cü sırada yer alıb. Onun 0,57 milyard dollar sərvəti var. Sərvəti 0,15 milyard dollar azalıb.

Diqqəti çəkən, ötən il adı siyahıya daxil edilən azərbaycanlı iş adamı İlham Rəhimovun bu dəfə siyahını tərk etməsidir.

Sonda qeyd edək ki, “Forbes”in qiymətləndirməsinə əsasən, 2014-cü ildə Rusiyanın dollar milyarderlərinin sayı 111-dən 88-ə düşüb. 200 nəfərdən 37 nəfəri sərvətini artıra bilib. 27 nəfər isə ötənilki vəziyyətlərini qoruyub saxlayıblar. Metallurgiya və daşınmaz əmlak sektorunda fəaliyyət göstərən iş adamlarına böhran elə də təsir etməyib (publika.az).

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İqlim dəyişmələrinə qarşı mübarizədə Afrika dövlətlərini dəstəkləyirik - İlham Əliyev
20:42 19.07.2025
İqlim dəyişmələrinə qarşı mübarizədə Afrika dövlətlərini dəstəkləyirik - İlham Əliyev
Zuğulba şosesində avtomobildə baş verən yanğın sıxlığa səbəb olub
20:36 19.07.2025
Zuğulba şosesində avtomobildə baş verən yanğın sıxlığa səbəb olub
İlham Əliyev Rusiya ilə Avropa İttifaqı arasında yaranmış təbii qaz böhranına münasibət bildirib
20:28 19.07.2025
İlham Əliyev Rusiya ilə Avropa İttifaqı arasında yaranmış təbii qaz böhranına münasibət bildirib
Sumqayıtda ağır yol qəzası baş verib, yaralılar var
20:26 19.07.2025
Sumqayıtda ağır yol qəzası baş verib, yaralılar var
Azərbaycan Prezidenti Ermənistanla sülh müqaviləsinin hansı halda imzalana biləcəyini açıqlayıb
20:19 19.07.2025
Azərbaycan Prezidenti Ermənistanla sülh müqaviləsinin hansı halda imzalana biləcəyini açıqlayıb
Prezident Şuşa Forumunda öz siyasətinin təməl prinsiplərini sadalayıb
20:17 19.07.2025
Prezident Şuşa Forumunda öz siyasətinin təməl prinsiplərini sadalayıb
İlham Əliyev Cənubi Qafqaz haqqında: Kifayətdir, biz artıq sülh şəraitində yaşamalıyıq
20:13 19.07.2025
İlham Əliyev Cənubi Qafqaz haqqında: Kifayətdir, biz artıq sülh şəraitində yaşamalıyıq
Azərbaycan vətəndaşı Naxçıvana gedərkən erməni sərhədçinin üzünü görməli deyil - Prezident
20:11 19.07.2025
Azərbaycan vətəndaşı Naxçıvana gedərkən erməni sərhədçinin üzünü görməli deyil - Prezident
Prezident: Azərbaycan sabitdir, özünü təmin edir və gələcəyə dair aydın baxışı var
20:05 19.07.2025
Prezident: Azərbaycan sabitdir, özünü təmin edir və gələcəyə dair aydın baxışı var
Prezident: Azad edilmiş ərazilərə qayıdan insanların sayı bundan sonra daha çox artacaq
19:59 19.07.2025
Prezident: Azad edilmiş ərazilərə qayıdan insanların sayı bundan sonra daha çox artacaq
İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü olub - VİDEO
19:54 19.07.2025
İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü olub - VİDEO
Prezident: Bizi tənqid edənlərin xarici borcu ÜDM-in 100 faizi qədərdir və ondan da artıqdır
19:46 19.07.2025
Prezident: Bizi tənqid edənlərin xarici borcu ÜDM-in 100 faizi qədərdir və ondan da artıqdır
İlham Əliyev: XXI əsrdə bir ölkə digər xalqı müstəmləkə hökmranlığı altında saxlaya bilməz
19:45 19.07.2025
İlham Əliyev: XXI əsrdə bir ölkə digər xalqı müstəmləkə hökmranlığı altında saxlaya bilməz
Prezident: Azərbaycan mediası dövlət maraqlarını qorumağa qadirdir
19:43 19.07.2025
Prezident: Azərbaycan mediası dövlət maraqlarını qorumağa qadirdir
“Bizim ərazimizdə icarədar ola bilməz” - Prezident nidanı qoydu!
19:40 19.07.2025
“Bizim ərazimizdə icarədar ola bilməz” - Prezident nidanı qoydu!
İlham Əliyev: Süni intellektdən istifadə etmirəm
19:39 19.07.2025
İlham Əliyev: Süni intellektdən istifadə etmirəm