Putinin Budapeştə uçuşu riskli ola bilər

Putinin Budapeştə uçuşu riskli ola bilər
DÜNYA
14:16 18.10.2025
181
Rusiya Prezidenti Vladimir Putinin ABŞ Prezidenti Donald Trampla görüşmək üçün Macarıstana getməsi bir sıra çətinliklərlə müşayiət oluna bilər.

Bildirilib ki, Macarıstan coğrafi və siyasi baxımdan bu cür görüş üçün əlverişli yer hesab olunsa da, Putinin oraya səfəri təhlükəli ola bilər.

"Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) orderinə əsasən, Putin Macarıstana daxil olan kimi həbs olunmalıdır. Macarıstan BCM-in üzvü olsa da, rəsmi Budapeşt bu qurumu "siyasi məhkəmə” adlandıraraq ordan çıxma prosesinə başlayıb.

Bu isə Macarıstana məhkəmənin orderini faktiki olaraq nəzərə almamağa imkan verir və Putinin burada görüş keçirməsini mümkün edir. Eyni vəziyyət daha əvvəl İsrailin Baş naziri Benyamin Netanyahu ilə də müşahidə olunmuşdu.

Budapeştə birbaşa çatmaq isə daha mürəkkəbdir. Əgər alternativ yol seçilməzsə, yəni Türkiyə və Balkanlar üzərindən dolanma yolu ilə uçuş mümkün olmasa, Putinin təyyarəsi Polşa, Rumıniya və Baltik dövlətlər kimi Rusiya ilə gərgin münasibətləri olan ölkələrin hava məkanından keçməli olacaq. Bu ölkələrdə təyyarənin məcburi endirilməsi və ya diplomatik insident ehtimalı mümkün ola bilə”, - yazıda qeyd olunub.
 
///APA
OXŞAR XƏBƏRLƏR