Rusiya prezidenti Vladimr Putinin siyasi ideoloqu, keçmiş dövlət müşaviri professor Aleksandr Dugin 15 iyul - dövlət çevrilişinə cəhd zamanı Ankarada olduğunu açıqlayıb.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, Duginin çevriliş gecəsi Ankaraya getməkdə məqsədi Türkiyəyə dəstək olmaqmış.
Duginin sözlərinə görə, o həmin gecə bələdiyyə başçısı Melih Gökçek və çox sayda siyasətçi ilə görüşüb. Dünyada ABŞ kəşfiyyatının daha çox müdaxilə etdiyi hadisələrlə bağlı araşdırmalar aparan Dugin Türkiyənin həmin gecə ABŞ agenti hesab olunan FETO-cu teroristlərin zərbəsinə məruz qaldığını deyib.
Dugin Rusiyaya aid olan hərbi təyyarənin vurulmasının ardından Türkiyədə iki qrupun sürətlə önə çıxdığını söyləyib. Birinci qrupun Türkiyə- Rusiyamünasibətlərinin yenidən normallaşdırımasını istəyən Atatürkçülər, ikinci qrupa isə bu yaxınlaşmanın önünə keçmək üçün hər şeyəəl atan amerikapərəst Gülən tərəftarları olduğunu söyləyib:
“Qiyam günü Türk ordusunun strateji əhəmiyyətli yerlərində ABŞ agentlərinin hərəkətə keçdiyi qənaətinə gəldim. Gülən şəbəkəsi Ərdoğandan qurtulmaq üçün son şansını həmin gecə istifadə etdi. Bu hadisə təkcə Ərdoğanı devirmək üçün yox, həm də Türkiyənin NATO-dan çıxışını ləngitməyə hesablanmışdı. Ancaq Gülən şəbəkəsi də artıq başa düşür ki, Türkiyədə demokratik yolla seçilən hakimiyyət xalqın dəstəyini aldı”.
Jalə