Putinin “nüvə çamadanı”nı daşıyan şəxs başından vuruldu

Putinin “nüvə çamadanı”nı daşıyan şəxs başından vuruldu
DÜNYA
22:44 22.06.2022
509
Rusiya Prezidenti Vladimir Putinin mühafizəçisi olan və "nüvə çamadanı"nı daşıyan FSB polkovniki Vadim Zimin başından güllə yarası alaraq xəstəxanaya yerləşdirilib.

AZXEBER.COM axar.az-a istinadən bildirir ki, bu barədə "Mirror" nəşri məlumat yayıb.

"Hazırda o, ağır vəziyyətdə reanimasiyadadır", - məlumatda qeyd olunub.

Qeyd edək ki, Zimin iyunun 20-də Moskva vilayətinin Krasnoqorsk şəhərindəki mənzilində qan içərisində olub. Onun yanında "İj 79-9TM" markalı travmatik tapança aşkar edilib. FSB zabitini qardaşı tapıb.
OXŞAR XƏBƏRLƏR