Rusiya Prezidenti Vladimir Putinin həkim olan qızı Mariya Vorontsova ilk dəfə müsahibə verib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Putinin illərdir gözdən uzaq tutduğu 38 yaşlı qızı Rusiya mətbuatına danışıb.
Mariya Vorontsova ədəbiyyat, idman və poeziya kimi mövzularda danışıb.
Vorontsova deyib: "Hətta boş vaxtlarımda elmi və ya tibbi ədəbiyyat oxuyuram. Həyatda hər şey gözəldir. Rəsmlər, muzeylər, teatrlar, musiqi. Mənim həvəsim idmandır. Həftədə ən azı bir neçə saatımı sağlam həyat tərzinə həsr edirəm".
Putinin qızının açıqlamalarının bəzi hissələri də diqqət çəkib. Vorontsova deyib ki, o, insanların özlərini tanımaq imkanı əldə etmək arzusundadır ki, hamımız bir-birimizi daha yaxşı başa düşək və daha yaxşı ünsiyyət qura bilək.
Qeyd edək ki, Putinin keçmiş həyat yoldaşı Lyudmila Putinadan olan qızı Vorantsova 1985-ci ildə Sankt-Peterburqda anadan olub. Hollandiyalı iş adamı ilə evli olan Vorantsova 2022-ci ildən Aİ və ABŞ-nin sanksiya siyahısındadır.
Ayşən