Putinin rəqibi adlandırılan, bu gün vəfat edən müxalifətçi Navalnı kimdir?

Putinin rəqibi adlandırılan, bu gün vəfat edən müxalifətçi Navalnı kimdir?
DÜNYA
16:25 16.02.2024
256
Xəbər verdiyimiz kimi, Rusiyada 19 il həbs cəzası alan və Prezident Vladimir Putinin ən böyük rəqiblərindən adlandırılan müxalifət lideri Aleksey Navalni həbsxanada dünyasını dəyişib.
 
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, Navalni iki həftə öncəki mesajında ​​seçicilərdən martda keçiriləcək prezident seçkilərində Putinə etiraz olaraq səs verməmələrini istəyib.

Təxminən iki həftə əvvəl göndərdiyi mesajda Navalni seçicilərdən martda Rusiyada keçiriləcək prezident seçkilərində prezident Vladimir Putinə etiraz etmək üçün günorta saatlarında səs vermələrini istəyib.
  
Kremldən müxalifətçinin ölümüylə bağlı açıqlamada deyilir:
 
"Navalninin ölüm səbəbi ilə bağlı məlumatımız yoxdur. Həbsxanada lazımi araşdırmalar aparılır".
 
Bəs 19 ildir azadlıqdan məhrum olan və sonda həbsxana divarları arasında ölən Navalni kimdir?

Rusiya müxalifətinin lideri, antikorrupsiya fəalı və hüquqşünas Aleksey Navalnı Rusiya rəsmilərinin, o cümlədən Rusiya Prezidenti Vladimir Putinin yaxın çevrəsinin korrupsiya və sui-istifadə hallarını ifşa edən bloqu vasitəsilə qlobal şöhrət qazanıb.

Navalnı dəfələrlə Putinə qarşı çıxdığına görə həbs edilib. O, 2014-cü ildə "mənimsəmə” ittihamı ilə məhkum edilib. 2020-ci ildə zəhərlənən Navalni Rusiyaya qayıtmazdan əvvəl aylarla Almaniyada müalicə alıb və vətənə geri döndükdən dərhal sonra saxlanılaraq həbs edilib.

Navalnının həbsi bütün dünyada etirazlara və qınaqlara səbəb olub, bir çox ölkələr, o cümlədən ABŞ Rusiyadan Navalnını azad etməyə və onun zəhərlənməsi ilə bağlı araşdırma aparmağa çağırıb.
 
Navalnının işi Rusiyada siyasi azadlıq və insan haqları uğrunda mübarizənin simvoluna çevrilib.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR