Rusiya Prezidenti Vladimir Putinin yeni sevgilisi olduğu iddia edilən sosial media fenomeni Yekaterina Mizulina ötən həftə baş verən qanlı terror aktından sonra diqqət çəkən iddialar səsləndirib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Mizulina Telegram-dakı paylaşımında İŞİD-in terrorçuları necə tələyə salmasından danışıb.
Mizulina "Belə terror aktları törətmək üçün Rusiyada məktəbə gedən uşaqlara rüşvət verirlər” deyib.
Mizulina bəzi skrinşotları da paylaşaraq, hakimiyyətin terrorla mübarizədə daha sərt addımlar atmalı olduğunu söyləyib. Mizulina, "Bir çox gənclər deyir ki, əcnəbilər onlara dəhşətli təkliflər edir. Onlar sızdırılmış məlumat bazasından bu uşaqların bütün məlumatlarına daxil ola bilirlər. Uşaqlarla ünsiyyət quran bu hesabların əksəriyyəti yenidir və Ukrayna bölgəsində yaradılıb. Onlar terrorçu istəyirlər ki, təxribatçıların göndərdiyi silahlarla hücuma keçin”.
Media qurumları tərəfindən təsdiqlənə bilməyən ekran görüntülərində bəzi şəxslərin məktəb yaşında olduğu təxmin edilən uşaqlara 600 min rubl (təxminən 10 min manat) təklif etdiyi qeyd edilir.
Mikayıl