Putinin sözçüsü: Körfəzdə gərginlik ABŞ-ın diqqətini Ukraynadan yayındırıb

Putinin sözçüsü: Körfəzdə gərginlik ABŞ-ın diqqətini Ukraynadan yayındırıb
DÜNYA
18:29 15.07.2026
171
Körfəzdəki vəziyyət deqradasiya mərhələsinə daxil olub, indi amerikalıların Ukrayna nizamlanması ilə məşğul olmağa vaxtı yoxdur.

Bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.

"Biz görürük ki, indi amerikalılar başqa işlərlə məşğuldur. Təəssüflər olsun ki, hazırda Farsa körfəzindəki vəziyyət sabitlikdən çox uzaqdır, əksinə, yenidən deqradasiya fazasına keçib. Bu vəziyyət qlobal narahatlıq doğurmaya bilməz. Ona görə də, əlbəttə ki, amerikalıların Ukrayna nizamlanması ilə məşğul olmağa vaxtı yoxdur. Amma biz ABŞ-dan onların öz problemlərindən azad olduqdan sonra Ukraynada vasitəçilik səylərini davam etdirməyə davam etməyə hazır olduqları barədə siqnallar alırıq”, - Kremlin sözçüsü vurğulayıb.
OXŞAR XƏBƏRLƏR