xari

Putinin sözçüsü: "Universitetin tələbəni mitinqdə iştiraka görə qovmaq hüququ var"

SİYASƏT
14:54 22.01.2021
524
"Tələbələrin bu və ya başqa aksiyalarda iştirakı, qeyd-şərtsiz, tələbələrin şəxsi işidir. Ancaq tələbələrin qanunsuz aksiyalarda iştirakı, sözsüz, bu təhsil müəssisələrinin rəhbərliyindən müxtəlif yanaşmalara səbəb ola bilər, hər bir təhsil müəssisəsinin bununla bağlı öz siyasəti ola bilər”.
 
Bunu Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov söyləyib.

"Bundan əlavə, əlbəttə ki, Təhsil Nazirliyinin də bununla bağlı ümumi mexanizmləri ola bilər”, - o əlavə edib.

Xatırladaq ki, yanvarın 18-də Aleksey Navalnı Almaniyadan müalicədən qayıtdıqdan sonra Rusiyanın paytaxtı Moskvada hava limanında həbs olunub. O, sınaq müddətini dəfələrlə pozmaqda təqsirli bilinir. Siyasətçi bütün ittihamların uydurma olduğunu və birbaşa ölkə başçısının sifarişi ilə irəli sürüldüyünü iddia edir. A.Navalnının həbsindən 1 gün sonra onun yutub kanalında Rusiya Prezidenti Vladimir Putinin yaxın ətrafı ilə birgə qurduğu korrupsiya sxemləri və sarayı barədə 2 saatlıq sənədli film yayımlanıb. Video qısa zamanda 55 milyondan çox izləmə sayı toplayıb. Azərbaycan da daxil olmaqla, bir sıra ölkələrin trend videolar sırasında yer alıb.

Yanvarın 23-də müxalifətçinin həbsinə etiraz olaraq Rusiyanın bir çox bölgələrində kütləvi aksiyaların keçirilməsi planlaşdırılır.
 
///Report

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

15:46 28.02.2021

İraqda 6 hərbçi minalanmış avtomobilin partladılması zamanı həlak oldu

15:30 28.02.2021

Paşinyan Ermənistanda demokratiyanı küçədə müdafiə edəcək

15:10 28.02.2021

Azərbaycanda koronavirusa yoluxanların sayı 300-ə çatır

15:01 28.02.2021

Leyla Abdullayeva: Ermənistanın pozucu yanaşması Yerevanın mənfur niyyətini nümayiş etdirir

14:45 28.02.2021

Amerikada həkim əməliyyat zamanı məhkəməyə qatılıb - VİDEO

14:24 28.02.2021

Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsindən azad olunub

14:03 28.02.2021

“Qocalar evi” və sığınacağın sakinləri də vaksinasiya olunur

13:55 28.02.2021

Leyla Abdullayeva: “Sumqayıt hadisələri Azərbaycana qarşı planlaşdırılmış təxribat idi”

13:19 28.02.2021

Ağdam rayonunun Eyvazxanbəyli kəndindən görüntülər - VİDEO

12:57 28.02.2021

Rusiyada daha 11 359 nəfərdə koronavirus aşkarlanıb

12:45 28.02.2021

Müdafiə Nazirliyi: "Əsgər təhlükəsizlik qaydalarının pozulması nəticəsində həlak olub"

12:23 28.02.2021

Azərbaycanda ümimilikdə peyvənd olunanların sayı açıqlandı

12:09 28.02.2021

Dünyada koronavirusla bağlı bu günə olan STATİSTİKA

12:01 28.02.2021

Sabah hava yağıntılı olacaq, bəzi ərazilərə qar yağacaq

11:38 28.02.2021

Mərkəzi Klinik Xəstəxananın baş həkiminin 20 yaşlı qızının ölüm səbəbi məlum oldu

11:33 28.02.2021

Daha bir əsgərimiz minaya düşərək şəhid oldu - Foto