Putinin sözləri gündəm oldu: Xəritə ilə bağlı təkzib gəldi

Putinin sözləri gündəm oldu: Xəritə ilə bağlı təkzib gəldi
DÜNYA
14:16 13.02.2024
147
Rusiya Prezidenti Vladimir Putinin bu yaxınlarda amerikalı jurnalist Taker Karlsona verdiyi geniş müsahibəyə gözlənilməz ölkədən reaksiya gəlib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, 2 ilə yaxındır Ukrayna ilə müharibə aparan Rusiyanın lideri Vladimir Putinin ötən gün amerikalı jurnalist Taker Karlsona verdiyi müsahibə beynəlxalq ictimaiyyətin gündəminə çevrilib.

Putinin bir çox mövzulardan bəhs etdiyi və qərb dünyasının onu "müsahibədən təbliğat üçün istifadə etmək”də ittiham etdiyi müsahibədə Putin Rusiya tarixini izah edərkən tarixi sənədləri və xəritələri də göstərib.

Ukraynanın əslində Rusiya ərazisi olduğunu və Rusiyanın yüz illər əvvəl geniş ərazilərə yayıldığını deyən Putinin sözləri gündəm olub. 

Monqolustanın keçmiş prezidenti Tsachiaqiyn Elbeqdorj Putinin iddialarını təkzib edib. "X” sosial media platformasında paylaşım edən keçmiş lider Monqol İmperatorluğunun köhnə xəritələrini paylaşaraq Rusiyanın və bütün Asiyanın böyük hissəsinin monqollara aid olduğunu açıqlayıb.

Elbeqdorj "Putinin çıxışından sonra Monqolustanın tarixi xəritəsini tapdım. Narahat olmayın. Biz dinc və azad ölkəyik" deyib.

Gülay
OXŞAR XƏBƏRLƏR