Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı baş tutub.
AZXEBER.COM-un Türkiyə mətbuatına istinadən məlumatına görə, prezidentlər koronavirusla mübarizədə əməkdaşlıq məsələlərini, eləcə də postpandemiya dövründə atılacaq addımları müzakirə edib.
Bundan başqa, danışıqlar zamanı Suriyadakı vəziyyət müzakirə olunub.