Putinlə İmran Xan Əfqanıstanı müzakirə etdilər

Putinlə İmran Xan Əfqanıstanı müzakirə etdilər
DÜNYA
14:00 26.08.2021
686

Rusiya Prezidenti Vladimir Putin Pakistanın baş naziri İmran Xanla birlikdə Əfqanıstanla bağlı müzakirələr aparıb.

AZXEBER.COM TASS-a istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin və Pakistanın baş naziri İmran Xan arasında telefon danışığı baş tutub. Onlar Əfqanıstandakı mövcud vəziyyəti və ikitərəfli əlaqələri müzakirə ediblər.

Əfqanıstandakı vəziyyətin müzakirəsi zamanı Putinin bölgənin təhlükəsizliyi üçün Pakistanın baş nazirinə xüsusi təkliflər paketi təqdim etdiyi bildirilib. Görüşün konkret içəriyi ilə bağlı detallı məlumat olmasa da, liderlərin ümumi razılıq əldə etdikləri məlum olub.

Ayşən
OXŞAR XƏBƏRLƏR