Putinlə Netanyahu arasında telefon danışığı olub

Putinlə Netanyahu arasında telefon danışığı olub
DÜNYA
20:44 06.05.2025
333
Rusiya Prezidenti Vladimir Putin İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefon danışığı aparıb.

Putin və Netanyahu Böyük Qələbənin 80-ci ildönümü münasibətilə bir-birini səmimi təbrik ediblər.

Rusiya prezidenti İsraildə yaşayan veteranlara cansağlığı və rifah arzularını çatdırıb.

İki ölkənin İkinci Dünya müharibəsi hadisələri ilə bağlı həqiqəti müdafiə etmək və onun nəticələrinə yenidən baxmaq və tarixi saxtalaşdırmaq cəhdlərinə qarşı çıxmaq əzmi qeyd edilib. Nasizmin darmadağın edilməsində Qırmızı Ordunun və bütün sovet xalqının həlledici töhfəsi vurğulanıb. Müharibə qəhrəmanlarının, Qələbə uğrunda canlarından keçənlərin xatirəsi həm Rusiyada, həm də 9 Mayın milli bayram olduğu İsraildə müqəddəs şəkildə ehtiramla anıldığı qeyd olunub.

Söhbət zamanı Yaxın Şərq regionundakı vəziyyətin müxtəlif aspektləri və ikitərəfli münasibətlərin aktual məsələləri də müzakirə olunub.
 
/APA
OXŞAR XƏBƏRLƏR