Rusiya Prezidenti Vladimir Putinlə qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayev arasında telefon danışığı olub.
AZXEBER.COM TASS-a istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidmətindən bildirilib.
Qeyd olunur ki, tərəflər strateji tərəfdaşlıq məsələlərini, həmçinin Ukraynadakı durumu müzakirə ediblər.