Qız doğacaq deyə, hamilə arvadını boğdu

MARAQLI
05:23 26.05.2011
1672

Çari polisə verdiyi ifadəsində bildirib ki, 3 il əvvəl qız doğmuş arvadı bu dəfə də dünyaya qız gətirəcəyini bilsə də, bətnindəki övladını saxlamaq istəyib və abortdan boyun qaçırıb.
Məşum cinayət ərlə-arvadın klinikadan qayıtmasından sonra baş verib. Həmin klinikada Sureha bətnindəki dölün cinsinin müəyyənləşdirilməsi ilə bağlı qeyri-leqal testdən keçmişdi.
Polis Prakaş Çari ilə yanaşı, sözügedən klinikaya qarşı da cinayət işi qaldırıb.

Hindistanda bətnindəki dölün qız olduğunu bilən anaların tam əksəriyyəti aborta əl atdıqları üçün hamiləlik zamanı dölün cinsiyyətinin müəyyənləşdirilməsi prosedurları qanundan kənar sayılır. Buna rəğmən, hindus ərlər hamilə arvadlarının qız doğacağını bilən kimi abort tələb edirlər.

OXŞAR XƏBƏRLƏR